AZ

Bu ölkələr birləşəcək, İran parçalanacaq - Rusiyadan ŞOK PROQNOZ

İsraillə İran arasında gərginliyin artması nəticəsində Qərb dövlətləri İran rejimini devirmək planını həyata keçirə biləcəklər. Bu, İranda vətəndaş müharibəsinə, xaosa və ölkənin parçalanmasına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Raket zərbələri mübadiləsi bir neçə həftə davam edəcək. Bundan sonra atəşkəs əldə olunacaq", - Markov proqnoz verib.

O qeyd edib ki, İran çox güman ki, ABŞ modeli əsasında nüvə sazişi ilə razılaşacaq və sazişin hazırlanmasında ABŞ-dan əlavə Rusiya və Səudiyyə Ərəbistanı da iştirak edəcək. Razılaşmanın şərtlərinə görə, İran uranın zənginləşdirilməsini dayandıracaq, sanksiyalar aradan qaldırılacaq və İranın nüvə stansiyaları üçün zənginləşdirilmiş nüvə yanacağı Rusiyada istehsal edilərək saxlanılacaq.

Bununla belə, politoloq hesab edir ki, bundan sonra “İranda molla rejiminin devrilməsinə hazırlıq” başlayacaq. O əlavə edib ki, burada ABŞ, Avropa, İsrail və bəzi ərəb ölkələri iştirak edəcək.

Seçilən
27
3
publika.az

4Mənbələr