İran Prezidenti Məsud Pezeşkian bildirib ki, “İsrailə güclü cavab verərək düşməni etdiklərinə görə peşman edəcəklər”.
İran dövlət televiziyası İsrailin hücumlarından sonra Prezident Pezeşkianın video mesajını yayımlayıb.
Pezeşkian “Beynəlxalq bütün öhdəliklərə zidd olan bu vəhşicəsinə hərəkət, işğal, təcavüz və körpə öldürmə üzərində qurulan qeyri-legitim Sionist rejiminin günahkar təbiətini təsdiqləyir” deyə qeyd edib.
O vurğulayıb ki, İran rəsmiləri və xalqı bu hücuma qarşı səssiz qalmayacaq. “İran İslam Respublikasının legitim və güclü cavabı düşməni etdiyi ağılsız hərəkətə görə peşman edəcək,” – deyə əlavə edib.
Prezident həmçinin ölkənin bütövlüyünün legitim müdafiəsində qətiyyətli addımlar atacaqlarını bildirib.
O, xalqa birlik və həmrəyliyi qoruma çağırışı edib, düşmənlərin psixoloji müharibəsinə əhəmiyyət verməməyi və hakimiyyət orqanlarına dəstək olmağı tövsiyə edib.