AZ

Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanıldı (VİDEO)

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsininəməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinəqarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov,əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədovvə 42 yaşlı Elşən Əliyev saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinəzərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddəmetamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalinhəbi aşkar edilib.

Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlaynsatışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevinifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarınıdəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif otellərdə gecələdiyimüəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
16
20
az.trend.az

9Mənbələr