
“İki ay əvvəl İrana ultimatim vermişdim ki, 60 gün müddətində saziş bağlasınlar”.
Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, əlavə edib ki, İran bunu etməli idilər.
“Bu gün 61-ci gündür. Mən onlara nə etməli olduqlarını söylədim, ancaq onlar bunu edə bilmədilər. İndi onların ikinci şansı ola bilər”,-Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti ikinci dəfədir ki, sosial media hesabında İsrailin İrana zərbələri barədə yazır.
Bundan əvvəl o, “İrana sövdələşmə etmək üçün şans ardınca şans verdiyini” qeyd edib.
E. KAMAL