AZ

“Real” 17 yaşlı futbolçu ilə müqavilə uzatdı

Argentinaın “River Pleyt” klubunun yarımmüdafiəçisi Franko Mastantuono “Real”a keçib.

İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı argentinalı ilə 6 mövsümlük – 2031-ci il iyunun 30-na kimi müqavilə imzalanıb.O, avqustun ortalarında komandaya qoşulacaq. Daha əvvəl Madrid klubunun Mastantuono üçün 45 milyon avro ödəyəcəyi bildirilirdi.

Gənc oyunçu Argentina klubunun yetirməsidir. O, “River Pleyt”də 61 oyun keçirib, on qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.

İyunun 6-da yarımmüdafiəçi Argentina millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çiliyə qarşı oyunda (1:0) çıxış edərək, millinin bütün tarixində ən gənc debütantı olub.

Seçilən
33
idmanxeber.az

1Mənbələr