İsrailin İrana qarşı hərbi əməliyyatı azı 14 gün davam edəcək – KİV
İsrailin İrana, onun hərbi rəhbərliyinə və raket arsenalına qarşı başladığı hərbi kampaniya ən azı iki həftə davam edəcək.
AFN.az xəbər verir ki, bu haqda "The Wall Street Journal" qəzeti yüksək vəzifəli israilli rəsmiyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, əməliyyat 14 günlük plan üzrə həyata keçirilir və hazırda əvvəlcədən müəyyən edilmiş ssenari üzrə davam edir; strategiya əsasən İsrailin daha əvvəl "Hizbullah"a qarşı apardığı hərbi əməliyyatlara bənzəyir.