AZ

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi küçə və prospektlərində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı.Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən 14–16 iyun 2025-ci il tarixlərində şəhərin müxtəlifərazilərində yol təmir işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən məlumat verilib.

Bildirilir ki, təmir işləri aşağıdakı ünvanlardaaparılacaq:

Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu –Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu –Ziya Bünyadov prospekti Ə.Salamzadə küçəsindən Azadlıq prospektiistiqamətinə Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu –Babək prospekti 92 nömrəli ünvanda, yan yol və maşın bazarınınyaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavidprospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov vəE.Süleymanov küçələrinin kəsişməsi.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdənəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.Xahişedirik, hərəkətinizi əvvəlcədən planlayasınız və təmir işləriaparılan ərzilərdə müvəqqəti dəyişiklikləri nəzərə alasınız.

Məqalədə:
Seçilən
12
17
az.trend.az

10Mənbələr