İsrail Mossad hava hücumundan müdafiə sistemləri və Tehran yaxınlığındakı raket buraxılış sistemləri də daxil olmaqla, İran daxilində bir çox hədəfləri vurmaq üçün qabaqcıl sistemlərdən və kamikadze pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.
Mənbələrin bildirdiyinə görə, İsrailin kəşfiyyat agentliyi Mossad bu gün səhər saatlarında PUA-lar vasitəsilə İranın dərinliklərində çoxşaxəli gizli əməliyyat keçirib.
Anonimlik şərti ilə danışan İsrail kəşfiyyatındakı mənbə deyib ki, Mossad Tehranın dərinliklərində “dəqiq idarə olunan silahlarla” sistemlər yerləşdirməyi bacarıb.
Mənbə bildirib ki, sistemlər “İranın yer-hava raket sistemlərinin yaxınlığında açıq ərazilərə yerləşdirilib”.
İsrail kəşfiyyatı sistemlərin İsrail ordusunun hücumu başlayanda, dəqiq idarə olunan raketlərin işə salındığını təsdiqləyib.
Ayrı bir əməliyyatda Mossad, İsrailin döyüş təyyarələri üçün təhlükə yaratdığını bildirən İranın hava hücumundan müdafiə imkanlarını zərərsizləşdirmək üçün gizli şəkildə avtomobillərə zərbə sistemləri və qabaqcıl texnologiyalar quraşdırdı.
İsrail kəşfiyyat mənbəyi bu sistemlərin qəfil hücumun əvvəlində işə salındığını və İranın hava hücumundan müdafiə hədəflərini tamamilə məhv edən silahların işə salındığını bildirib.
Üçüncü əməliyyat Mossadın bu gün “Rising Lion” əməliyyatına başlamazdan xeyli əvvəl başlayıb. Mənbəyə görə, məxfi xidmətlər İranın dərinliklərində kamikadze PUA-lar üçün baza yaradıblar.
“İsrailin hücumu zamanı bu pilotsuz təyyarələr işə salınaraq Tehran yaxınlığındakı Əsfəcabad bazasında yer-yer raket buraxılış sistemləri istiqamətində göndərilib”, – İsrail kəşfiyyatı bildirib.
Bu məlumat daha sonra İsrail və beynəlxalq nəşrlərin oxşar xəbərləri ilə təsdiqləndi. Bu gün İsrail İranın nüvə proqramına zərbələr endirib, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri və Fövqəladə Hallar Qüvvələr komandiri Qulam Rəşidi daxil olmaq 20-yə yaxın yüksək rütbəli, həmçinin nüvə proqramı üzrə ən azı altı yüksək vəzifəli alim həlak olub.