AZ

"Karvan"ın hazırlıq planı bilindi

"Karvan"ın növbəti mövsüm üçün hazırlıq planı müəyyənləşib. 

Bu barədə Fanat.Az-a Yevlax klubunun sözçüsü Bəhruz Musayev məlumat verib. 

"Hazırlıq planının detallarına iyunun 20-dən sonra tam aydınlıq gələcək. Komanda yay təlim-məşq toplanışını ölkə daxilində keçirəcək. Əvvəlcə Yevlaxda bir araya gələcəyik. Bir neçə gün sonra komandanın Qəbələ və ya Quba şəhərlərindən birinə üz tutması nəzərdə tutulub. Həmin arada komandaya baxışa gələnlər sınaqdan keçiriləcək. Həm əcnəbi, həm yerli futbolçular dəvət olunacaq. Birinci Liqadakı heyətdən 4-5 nəfər saxlanılacaq".

Qeyd edək ki, "Karvan" Birinci Liqanı 2-ci yerdə başa vuraraq uzun fasilədən Premyer Liqaya vəsiqə qazanıb.

Mirağa

Seçilən
20
1
fanat.az

2Mənbələr