AZ

DTA: "Qarabağın böyük turizm potensialı var"

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzad DTA ilə "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı ilə əlaqədar media nümayəndələrinə məlumat verərkən dilə gətirib. "Şahdağ" Turizm Mərkəzində baş tutan mediaturda o vurğulayıb ki, xarici turistlər üçün Qarabağın turizm potensialının tanıdılması məqsədilə təqdimatlar keçirilib.
Agentlik:"Çində Azərbaycanın turizm nümayəndəliyi açılacaq"

"İşğaldan azad olunan ərazilərə yaxın gələcəkdə turist axını Azərbaycan turizminə böyük töhfə verəcək. Həmin ərazilərdə böyük turizm imkanları yaradılıb. Burada turizmin bir çox sahəsinin inkişafı məqsədilə işlər davam etdirilir. Turist axınının tələblərinə cavab vermək üçün müvafiq infrastruktur artıq qurulub, hava limanlarının açılışı baş tutub", - o söyləyib.

AzVision.az
Seçilən
48
2
azvision.az

3Mənbələr