AZ

“Liverpul” Premyer Liqa tarixinin ən bahalı transferinə hazırlaşır

“Liverpul” rəhbərliyi “Bayer”dən yarımmüdafiəçi Florian Wirtz-in transferinin son təfərrüatlarını razılaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, transfer məbləği 130-135 milyon avro təşkil edəcək. Gələn həftə futbolçu müqaviləni tamamlamaq üçün tibbi müayinədən keçəcək. Bundan sonra Virts “Liverpul”la 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. Bu, Premyer Liqa tarixinin ən bahalı transferi olacaq. 

“Liverpul”da transfer dəyərinə görə əvvəlki rekord 2022-ci ilin yayında, uruqvaylı hücumçu Darvin Nunesin komandaya qoşulması ilə qeydə alınıb. Transfermarkt portalının məlumatına görə, klub onun transferi üçün 85 milyon avro ödəyib.

İngiltərə futbolu tarixində ən bahalı transferi 2023-cü ilin qışında argentinalı yarımmüdafiəçi Enzo Fernandezin 121 milyon avroya “Çelsi”yə keçidi olmuşdu.

22 yaşlı Virts 2020-ci ilin yayında “Bayer”ə keçib. O, komandanın heyətində  müxtəlif turnirlərdə 197 oyun keçirib, 57 qol vurub və 65 məhsuldar ötürmə edib. 

Seçilən
49
idmanxeber.az

1Mənbələr