AZ

Türkiyə-İran sərhədində son vəziyyət- vətəndaşlar vətənə geri dönür

BAKI, TurkicWorld

Türkiyə-İran sərhədində son vəziyyət - Türkiyə vətəndaşları vətənə dönməyə başlayıb.

TurkicWorld xəbər verir ki, İsrailin İrana qarşı hava hücumlarından sonra ölkədə olan Türkiyə vətəndaşları Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısından ölkəyə daxil olmağa başlayıb.

İranla İsrail arasında artan gərginlik fonunda, bəzi Türkiyə vətəndaşları təhlükəsizlik məqsədilə vətənə dönüş üçün sərhəd məntəqələrinə üz tutub. Urmiya şəhərindən qayıdan Zeki Gürdal, “İsrailin İrana hücum etdiyini eşidəndə dərhal qayıtmağa qərar verdik. Yanacaqdoldurma məntəqələrində uzun növbələr vardı. İnşallah, bu gərginlik tezliklə sona çatar,” – deyə bildirib.

Bununla yanaşı, Türkiyə-İran sərhədində yerləşən ən mühüm keçid məntəqələrindən biri olan Gürbulak Gömrük Qapısında isə hər hansı fövqəladə vəziyyət müşahidə olunmayıb. Avtomobil və piyada keçidlərində sıxlıq yoxdur, təhlükəsizlik tədbirləri isə adi rejimdə davam edir. Sərhəd-keçid məntəqəsində davam edən təmir işlərinin prosesə mənfi təsiri olmadığı qeyd olunub.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.

Seçilən
13
turkic.world

1Mənbələr