AZ

Paşinyanın Türkiyəyə səfəri gündəmdə – Ermənistan rəsmisi tarix açıqlamadı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azadlıq" radiosuna müsahibəsində baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi ehtimalını təkzib etməyib.

Qriqoryan görüşün gündəliyini və səfərin tarixini açıqlamayıb, yalnız onu bildirib ki, bu barədə məlumatı baş nazirin administrasiyası verəcək.

Qeyd edək ki, iyunun 5-də Paşinyan və Ərdoğan arasında telefon danışığı olub. Tərəflər Ermənistan-Türkiyə münasibətləri və regional məsələləri müzakirə edərək dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr