AZ

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaşdır- Avrokomissar

Bakı. Trend:

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasınamühüm töhfə verən etibarlı tərəfdaşdır.

Trend AvropaKomissiyasına istinadən məlumat verir ki, bunu Avropa İttifaqınınEnerji məsələləri üzrə komissarı Den Yergensen AzərbaycanınEnergetika naziri Pərviz Şahbazovla keçirdiyi görüş zamanı deyib.Görüşdə tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında enerjisektorunda strateji əməkdaşlığı müzakirə ediblər.

Danışıqlarda əsas diqqət təbii qaz tədarükü sahəsində dayanıqlıəməkdaşlıq məsələlərinə, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilətəchizatın genişləndirilməsinə, eləcə də “yaşıl” enerji sahəsindəəlaqələrin inkişafı və regionun enerji bazarlarının AvropaKomissiyasının qəbul etdiyi yeni Qara dəniz regionu strategiyasınauyğun inteqrasiyası imkanlarına yönəlib.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verənetibarlı tərəfdaşdır. Qaz təchizatından əlavə, biz bərpa olunanenerji mənbələri, enerji səmərəliliyi, enerji infrastrukturununinkişafı və metan emissiyalarının azaldılması kimi sahələrdə dəəməkdaşlığı davam etdiririk. Bugünki dialoq gələcəyə yönəlmiş vəqarşılıqlı faydalı strateji enerji tərəfdaşlığının yaradılmasıistiqamətində növbəti addım oldu”, – komissar Yerqensenbildirib.

Görüşdə həmçinin bu ilin aprel ayında Bakıda keçirilmiş CənubQaz Dəhlizi üzrə Məşvərət Şurasının 11-ci Nazirlər iclası və“yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cü Nazirlər iclasındabaşlanan müzakirələr davam etdirilib.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr