AZ

Ağdaşda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Ağdaş Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, politoloq Fərhad Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Əvvəlcə iştirakçılar xalqımızın Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin zəngin həyat və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxışlarda Milli Qurtuluş Gününün tariximizə qızıl hərflərlə yazılan, ölkəmizi böyük perspektivlərə aparan inkişaf yolunun, uğur və qələbələrinin başlanğıc tarixi olan bir gün olduğu vurğulanıb. Qeyd edilib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxarıb. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə nüfuz sahibi olan qüdrətli dövlətə çevrilmiş, milli maraqlara əsaslanan siyasi xətt ardıcıl şəkildə həyata keçirilmiş, eyni zamanda, möhtəşəm tarixi Zəfərimiz əldə edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Seçilən
41
2
ikisahil.az

3Mənbələr