AZ

Rusiya PUA-lara qarşı yeni lazer sistemini sınaqdan keçirir

Rusiya hökuməti pilotsuz uçuş aparatlarının (PUA) dayandırılmasına yönəlmiş yeni lazer sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.

Turkustan.az xəbər verir ki, hökumətdən edilən yazılı açıqlamada Rusiyanın inkişaf etdirdiyi yeni lazer sistemi ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada PUA-ları dayandırmaq üçün yeni təkmil lazer sisteminin Rusiyanın bir bölgəsində qurulan sınaq bölgəsində müvəffəqiyyətlə sınaqdan keçirildiyi və sözügedən sistemin Rusiya hava hücumundan müdafiə sisteminə inteqrasiya ediləcəyi qeyd edilib.

Rusiya prezidenti Vladimir Putin dünən Ukraynada “xüsusi hərbi əməliyyat” başlayandan bəri Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 80 mindən çox hava hədəfinin məhv edildiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
1
turkustan.az

2Mənbələr