“Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.
Operativ Media xəbər verir ki, bu barədə MÜTDA-nın yaydığı məlumatda deyilir.
"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq.
Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik.
Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır", - məlumatda qeyd olunub.