Son illərdə alıcılar paket çayların tərkibinə getdikcə daha çox diqqət yetirirlər.
News24.az xəbər verir ki, bir çox istehlakçını bu sual narahat edir: çay paketlərinin içində həqiqətən də keyfiyyətli çay varmı, yoxsa tullantı, çay tozu və ya süni əlavələr?
Məsələyə aydınlıq gətirmək üçün Roskontrol mütəxəssisləri bazarda ən çox satılan çay markalarını yoxlayıb. Nəticələr göstərib ki, məhsullar arasında keyfiyyət fərqi kifayət qədər böyükdür.
Yoxlamalar zamanı "Greenfield Golden Ceylon" çayı 10 baldan 8,8 alaraq yüksək nəticə göstərib. Mütəxəssislər bu çayın tərkibində zərərli maddələrin – pestisid və antibiotiklərin olmadığını, eyni zamanda tanenlər baxımından zəngin olduğunu təsdiqləyiblər. Bu maddələr təbii antioksidant hesab olunur və sağlamlıq üçün faydalıdır.
Lipton, Riston və Beta Tea də keyfiyyətli və təhlükəsiz məhsul təqdim edən markalar sırasında yer alıb. Qiymət və keyfiyyət balansı ilə seçilən bu brendlər, etibarlı seçim kimi tövsiyə olunur.
Yaşıl çay kateqoriyasında Əhməd (Ahmad) Çayı zəngin dadı və ətri ilə seçilib. Bu marka gündəlik istifadə üçün həm ləzzətli, həm də faydalı içki axtaranlara uyğun görülür.
Aqil