İsrailin İranın müxtəlif şəhərlərinə zərbələr endirməsinə bir sıra dövlətlər reaksiya verib.
Ölkə.Az xəbər verir ki, Almaniya və Fransa İsraili dəstəkləsə də, Misir əks mövqedən çıxış edib.
Almaniya kansleri Fridrix Merz İsrailin İrana genişmiqyaslı hava hücumlarından sonra İsrailin öz varlığını müdafiə etmək hüququna malik olduğunu bildirib və Almaniyadakı yəhudi qurumlarının müdafiəsinin artırılacağını açıqlayıb.
Berlin kanslerliyindən verilən açıqlamaya görə, Merz cümə günü səhər saatlarında İsrailin soyqırım baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və daha sonra Almaniyanın təhlükəsizlik kabinetini toplayıb.
Merz hər iki tərəfi daha da gərginləşmədən və bütün regionda sabitliyi pozacaq addımlardan çəkinməyə çağırıb.
Fransanın xarici işlər naziri Yan-Noel Barrot İsrailin İrana hücumu ilə bağlı sosial şəbəkə hesabındakı paylaşım edib:
“Fransa Yaxın Şərqdə baş verən hadisələri çox diqqətlə, tərəfdaşları ilə sıx koordinasiya ilə izləyir. Biz bütün tərəfləri təmkinli olmağa və regional sabitliyə xələl gətirə biləcək hər hansı eskalasiyadan çəkinməyə çağırırıq. Bizim prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyi və maraqlarımızdır və mövqeyimizi buna uyğunlaşdırırıq.
Biz İranın qəbul etdiyi beynəlxalq nüvə proqramı ilə bağlı ciddi narahatlığımızı dəfələrlə ifadə etmişik. İsrailin hər hansı bir hücuma qarşı özünü müdafiə etmək hüququnu bir daha vurğulayırıq. Fransa gərginliyi azaltmaq üçün bütün diplomatik kanalları səfərbər etməyə hazırdır”.
Misir isə İsrailin İrana genişmiqyaslı hava hücumlarını pisləyib. Misir Xarici İşlər Nazirliyi yazılı açıqlamada, İsrailin İrana qarşı hücumlarının beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması olduğunu, regional və qlobal sülh və təhlükəsizliyi birbaşa təhdid etdiyini bildirib.
“Bu hücum regionun təhlükəsizliyi və sabitliyi üçün görünməmiş nəticələrə səbəb ola bilər, xalqın qazanclarını təhdid edə bilər və bölgənin böyük xaosa sürüklənməsinə səbəb ola bilər”.
Billurə Yunus