AZ

İsrail də “Troya atı”ndan istifadə edib?

İsrail aviasiyasının bombardmanları ilə paralel "Mossad" İranda uğurlu diversiya əməliyyatları keçirib.

"Haaretz"in məlumatına görə, "Mossad" İranın içərisində PUA bazası yaradıbmış və bunlar əməliyyatda istifadə olunub. 

“Yeni Sabah” xəbər verir ki, hadisəni şərh edən politoloq Şahin cəfərli bildirib ki, bu, Ukraynanın Rusiya ərazisində keçirdiyi "Hörümçək toru" əməliyyatının bənzəridir və kiçik dronların müasir dövrdə nə qədər vacib tapşırıqlar yerinə yetirə biləcəyini bir daha göstərir:

“Digər tərəfdən, İsrail kəşfiyyatının İran daxilində nə qədər rahat hərəkət etdiyi də bir daha ortaya çıxdı.

Başqa bir detal da budur ki, Rusiyanın İrana verdiyi hava (raket) hücumundan müdafiə vasitələrinin indiyədək bir işə yaradığını kimsə görməyib. İsrail F-35 və F-15 təyyarələri rahatlıqla bütün hədəfləri vurublar”.


Telegram kanalımız
Seçilən
38
yenisabah.az

1Mənbələr