AZ

"Milk-Pro" ləğv olunur

Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.

FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Milk-PRO” MMC ötən il tərkibindən “Xətai Development” MMC və "Azemal" MMC ayrılmaqla yenidən təşkil olunmuşdu.

Şirkət 1991–ci ildə tibbi – bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərir. Şirkət 9 900 manat nizamnamə kapitalına malikdir. 

Qanuni təmsilçisi Mustafa Məmmədov Mehman oğludur.

Seçilən
29
1
fed.az

1Mənbələr