AZ

"Müharibə deyil, başkəsmə əməliyyatıdir" - Səfir

İsrail səfiri Zarka İrana hücumu "başkəsmə əməliyyatı" adlandırıb

İsrailin Fransadakı səfiri Coşua Zarka bildirib ki, İsrailin İrana kütləvi hücumu müharibə elanı deyil, baş kəsmə əməliyyatıdır.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, İsrailin məqsədi İranın nüvə proqramının inkişafını dayandırmaq olub.

"Bu müharibə deyil. Bu, son vaxtlar çox təhlükəli şəkildə inkişaf edən İranın nüvə proqramını dayandırmağa yönəlmiş baş kəsmə əməliyyatıdır", - ", - Zarka deyib.

Diplomat əlavə edib ki, İsrail İslam Respublikasının bütün liderlərini öldürmək niyyətində deyil və yalnız ölkənin müdafiə rəhbərliyini aradan götürüb, həmçinin nüvə proqramının inkişafını dayandırıb. Onun fikrincə, kəşfiyyat İranın nüvə silahı hazırladığını və səkkiz belə raket üçün kifayət qədər uran olduğunu bildirir. O, əlavə edib ki, bu səbəbdən qabaqlayıcı tədbirə başlamaq qərarı verilib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr