Ermənistanın baş naziri Nikol Paşinin bəyan edib ki, o, Rusiya silahlarını ölkədən çıxarmaq niyyətində deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin müxalifətdə olan “Mən fəxr edirəm” fraksiyasından olan deputatı Tiqran Abramyan İrəvan və Bakının Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ilə bağlı razılığa gələ biləcəyi barədə məlumat yayıb.
Siyasətçi bu fikri Azərbaycanın vitse-prezidenti Hikmət Hacıyevin regionda xarici hərbi qüvvələrin olması zərurətinin aradan qalxması barədə sözlərindən sonra bildirib. Abramyanın sözlərinə görə, bu bəyanatın məzmunu sülhə nail olmaq üçün ilkin şərtlərdən birini adlandırır.