Sea Breeze

Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılıb

Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupun növbəti iclası keçirilib.

İclasda ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov çıxış edib. Bugünkü iclasda fizoterapiyanın ixtisasalaşmaları – nevrologiyada fizoterapiya, ortepediyada fizoterapiya, pediatriyada fizoterapiya, protez-ortopediya, idmanda fizoterapiya ixtisasalaşmaları və tədris proqramının hazırlanmasında görülən işlərlə bağlı müzakirələrin olacağını diqqətə çatdırıb.

Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov işçi qrupunun gördüyü işlərdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tələbatı ondan ibarətdir ki, magistratura pilləsində kadr hazırlanması üçün tədris proqramları, universitetin tədris bazası, müəllim fondu v.s müasir tələblərə vavab verməlidir: “Bununla bağlı unversitetin rektoru, professor Gəray Gəraybəylinin konkret göstərişi ondan ibarət olub ki, hazırlanan tədris proqramı bütün göstəricilərə cavab verdikdən sonra həmin ixtisalaşmalara plan yerləri üzrə müraciət olunsun. Bu səbəbdən fizoterapiya ixtisası ilə bağlı işimizi ayın 20-dək yekunlaşdırmaq, lazımi sənədləri Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim etmək niyyəyindəyik”.

ETX
ETX
ETX