Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə yola düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-dən bildirilib.
Nazir səfər çərçivəsində azərbaycanlı həmkarı Vilayət Eyvazovla görüşəcək.
Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində tərəfdaşlığın və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. G.Geladzenin başçılıq etdiyi nümayəndə heyətinə müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze də daxildir.