AZ

Azərbaycanın ən böyük süd məhsulları şirkəti bazarı tərk edir

"Milk - Pro" MMC ləğv olunduğunu elan edib.
 
Moderator.az Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.
 
Qeyd edək ki, “Sevimli Dad”, “Sonti” brendlərinin sahibi olan “Milk-Pro” MMC 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Şirkət bir zamanlar "Sevimli-Dad" adda mağazalarla da bazara daxil olmuşdu. MMC müxtəlif illərdə vergi öhdəliklərini icra etmədiyi üçün cərimələnib. Qanuni təmsilçisi Müstafa Məmmədov olan şirkətin nizamnamə kapitalı 10000 manatdan 900 manata düşüb.
 
Şirkətin təsisçiləri arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestitsiya şirkətləri olub. 2023-cü ilə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətdə 20% paya malik olub. MMC-nin tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərirdi. Hövsan qəsəbəsində şirkətin tərkibinə daxil olacaq yeni Bakı süd zavodu tikilmişdi. Qeyd edək ki, ötən il "Milk-Pro”MMC-nin tərkibindən “Azemal” MMC ayrılaraq yenidən təşkil olunub.
 
“Milk-Pro” MMC "CTC Holdinq" şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Bu qrupa "Xızı Aqro Park" MMC, "Aqro Qida" MMC, "Xınalıq İM" MMC, "CTC Servis" MMC, "CTC İnvest" MMC və "MEAT DAİRY" MMC adlı şirkətlər daxildir.
Seçilən
25
moderator.az

1Mənbələr