AZ

Həlak olanların ailələrinə 115 min VERİLİR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Air India" şirkətinin daxil olduğu “Tata Group” Hindistanda baş verən təyyarə qəzasında yaxınlarını itirən hər bir ailəyə təxminən 115 min ABŞ dolları məbləğində maddi yardım göstəriləcəyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, şirkət bu barədə “X” (əvvəlki “Twitter”) sosial şəbəkəsində “Air India” İdarə Heyətinin sədri Natarajan Çandrasekaranın açıqlamasını yayımlayıb.

Paylaşımda baş verən faciəvi hadisəyə görə dərin hüzn ifadə olunub, yaxınlarını itirən ailələrlə həmrəylik mesajı verilib.“Tata Group” həlak olanların ailələrinə maddi dəstək göstəriləcəyi bildirilib. Qəza nəticəsində yaralanan şəxslərin isə bütün tibbi xərclərinin qarşılanacağı qeyd olunub.Bundan əlavə, təyyarə qəzasında zərər görən BJ Tibb Kollecinin bərpasına da dəstək veriləcək.

Digər tərəfdən, Hindistanın Baş naziri Narendra Modi qəzanın baş verdiyi əraziyə səfər edib və yaralılarla görüşüb.Qeyd edək ki, 12 iyun tarixində Hindistanın qərbində Əhmədabad hava limanı yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğrayıb. Təyyarə tibb kollecinin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb. Qəza zamanı Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən 2 pilot və 10 bələdçi olub. Həmçinin sərnişinlərdən 169-u hindistanlı, 53-ü britaniyalı, 7-si portuqaliyalı, 1-i isə kanadalıdır. Onlardan heç birinin sağ qalmadığı bildirilir. Həmçinin qəza nəticəsində tibb kollecinin azı beş tələbəsi ölüb. Bildirilib ki, qəzaya səbəb quş sürüsü ilə toqquşma ola bilər.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr