BAKI, TurkicWorld
İsrail Ordusu İran tərəfindən İsrail ərazisinə göndərilən bütün pilotsuz uçuş aparatlarının (PUA) uğurla məhv edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, İran İsrailə qarşı yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.
Lakin İsrail ordusu hava hücumundan müdafiə sistemləri vasitəsilə bütün dronları havada məhv etməyə nail olub.
Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.
Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.