AZ

Turizm sektorunda 2030-cu ilə qədər ilkin proqnozlar açıqlanıb

Dövlət Turizm Agentliyinin  keçirdiyi tədbirdə Azərbaycan turizm sektorunun 2030-cu ilə qədər inkişaf proqnozları açıqlanıb. Proqnozlara əsasən, turizmin müxtəlif sahələrində ciddi artım gözlənilir.

FED.az xəbər verir ki bu barədə  Dövlət Turizm Agentliyinin şöbə müdirinin müavini Günay Bayramova bildirib. 

Onun sözlərinə görə, istiqamətlər üzrə proqnoz göstəriciləri aşağıdakı kimidir:

Beynəlxalq turist səfərləri: 2024-cü ildə 2.4 milyon səfər qeydə alınacağı gözlənilir. Bu rəqəmin 2030-cu ildə 5 milyon nəfəri keçəcəyi proqnozlaşdırılır.

Turizm və istirahət obyektlərinin gəlirləri: Hazırda 600 milyon manat olan gəlirlərin 2030-cu ilə qədər 1.8 milyard manata çatacağı gözlənilir.

Turizm sektorunda məşğulluq: Hazırda 45 min nəfərin çalışdığı bu sahədə işçi sayı 2030-cu ilə qədər 90 min nəfərə çatacaq.

Daxili turist səfərləri: 2024-cü ildə 6 milyon daxili səfər planlaşdırılır, bu rəqəmin 2030-cu ildə 12 milyona çatması nəzərdə tutulur.

Turizm obyektlərinin sayı: Hazırda 630 olan obyektlərin 2030-cu ildə 950-yə çatacağı gözlənilir.

Agentlik rəsmisi bildirib ki, bu artımın başlıca səbəblərindən biri infrastrukturun yaxşılaşdırılması, marketinq fəaliyyətlərinin gücləndirilməsi və investisiya mühitinin genişləndirilməsidir. Həmçinin sektor üzrə strateji planlar və investisiya təşviqləri ölkəyə gələn turistlərin sayında və turizm gəlirlərində davamlı artıma şərait yaradacaq.

Seçilən
16
fed.az

1Mənbələr