AZ

SEPAH Hərbi Hava Qüvvələrinin komandiri də ÖLDÜRÜLDÜ

Ajans.az xəbər verir ki, o, yeraltı komanda mərkəzində digər yüksək rütbəli zabitlərlə birlikdə hücuma hazırlıq görüşü keçirərkən qırıcılar tərəfindən hədəfə alınıb. IDF bildirir ki, zərbə nəticəsində SEPAH-ın pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə bölməsinin komandirləri də həyatını itirib. Hacızadə İranın İsrailə qarşı raket və PUA hücumlarının təşkilində əsas fiqurlardan biri olub və İsraili məhv etmə planının hazırlanmasında önəmli rol oynayıb. İsrail ordusu onu 2019-cu ildə Səudiyyə Ərəbistanındakı neft obyektlərinə PUA hücumuna rəhbərlik etməkdə də ittiham edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
43
Ajans.az

1Mənbələr