2025-ci ilin ilk beş ayında Azərbaycanda əhaliyə 598,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 18,2%-lik böyük artım deməkdir.
Əczaçılıq məhsulları ümumi pərakəndə dövriyyənin 2,6%-i həcmində olub.
Təkcə may ayı ərzində bu kateqoriyada satışlar 133,1 milyon manat təşkil edib.