AZ

Sertifikasiya ilə bağlı bütün suallar CAVAB

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə dair ən çox verilən sualları və müvafiq cavabları təqdim edilib.

 

Bu barədə AzEdu.az-a ARTİ-nin İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Həmin sual və cavabları təqdim edirik:

 

Sual: Şəxsi kabinetimdə göstərilən imtahan vaxtı və məkanından fərqli bir vaxtda və ya yerdə imtahan verə bilərəmmi?

 

Cavab: Yalnız şəxsi kabinetdə göstərilən tarix, saat və ünvanda təşkil olunan imtahanda iştirak edilməlidir.

 

Sual: İmtahana gələrkən qələm, su götürmək olarmı?

 

Cavab: İmtahan zamanı iştirakçılar bütün zəruri avadanlıq və vasitələrlə tam şəkildə təmin olunur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özünüz ilə gətirməlisiniz. İmtahan binasına çanta və ya digər şəxsi əşyaları gətirməməyiniz tövsiyə olunur

 

Sual: İmtahan vaxtı sistemdə nə vaxtdan başlayır? vaxt sistem tərəfindən avtomatik təyin olunur, yoxsa mən başlayanda?

 

Cavab: İmtahan müddəti "İmtahana başla" düyməsini kliklədiyiniz andan etibarən hesablanmağa başlayır

 

Sual: Sertifikatlaşdırma imtahanının müddəti nə qədərdir və imtahan zamanı vaxt necə izlənilir?

 

Cavab: Sertifikatlaşdırmanın test mərhələsinin keçirilməsi üçün 120 dəqiqə vaxt ayrılır. İmtahan zamanı vaxt göstəricisi kompüter ekranının sağ yuxarı küncündə əks olunur.

 

Sual: İmtahan vaxtı bitdikdə nəticələr necə görünür?

 

Cavab: İmtahan müddəti başa çatdıqda sistem avtomatik olaraq cavablarınızı yoxlayır və nəticəniz dərhal ekranda görünür.

Seçilən
33
azedu.az

1Mənbələr