AZ

Panama və Qrenlandiya ilə bağlı hər ehtimala hazırıq - Hegseth

BAKI, TurkicWorld

Panama və Qrenlandiya ilə bağlı hər ehtimala hazırıq.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Naziri Pit Hegseth Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı Panama və Qrenlandiyanın “zorla ələ keçirilməsi” ehtimalı ilə bağlı sualları cavablandırıb.

O, bu iki bölgənin strateji əhəmiyyətinə diqqət çəkərək, "Müdafiə Nazirliyi olaraq bizim işimiz hər ehtimala qarşı plan hazırlamaqdır", – deyə bildirib.

Hegseth çıxışında, xüsusilə Çinlə bağlı narahatlıqları vurğulayaraq, “Çin, Panama kanalı üzərində artan təsirə malikdir və bu bizi ciddi düşündürür”- deyə bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da daha əvvəl Qrenlandiya və Panama kanalının strateji baxımdan əhəmiyyətinə toxunaraq, "Panama kanalını geri alacağıq", – deyə bəyan etmişdi. O, həmçinin Qrenlandiyada Çin və Rusiya varlığından narahat olduğunu dilə gətirmişdi.

Xatırladaq ki, Atlantic jurnalının redaktoru Ceffri Qoldberq ABŞ Müdafiə Nazirliyinin Yəmənlə bağlı müharibə planlarını yanlışlıqla Signal mesajlaşma tətbiqi vasitəsilə onunla paylaşdığını iddia edib. Hegseth isə bu ittihamları təkzib edərək, jurnalistin heç bir məxfi əməliyyat məlumatına çıxışının olmadığını bildirib və medianı yanlış məlumat yaymaqda günahlandırıb.

Seçilən
30
turkic.world

1Mənbələr