AZ

Çeçen xüsusi təyinatlılarının komandanı İsrailə qarşı SƏFƏRBƏRLİYƏ ÇAĞIRDI

Çeçen xüsusi təyinatlı qüvvələrinin komandanı İsrailin İrana hücumları fonunda Rusiyada səfərbərliyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Bildirilir ki, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov Yaxın Şərqdəki gərginlik fonunda Rusiyada səfərbərliyə çağırış edib.

O, 500.000 – 1 milyon insanı səfərbər etməyə çağırıb, çünki dünyada “III Dünya Müharibəsi” gedir.

Onun sözlərinə görə, bu, ona görə lazımdır ki, “heç kəs Rusiya ilə bütün ölkələrlə oynadığı kimi, indi də İranla oynamaq haqda düşünməsin”.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
16
1
interpress.az

2Mənbələr