Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, neft bazarındakı vəziyyət birmənalı olaraq münaqişənin davam edəcəyi müddətdən asılı olacaq:
“Nə qədər geniş olacaqsa, neft yataqlarına, boru kəmərlərinə yönəlmiş hücumlar olacaqsa, neft qiymətləri bir o qədər artacaq”.

İqtisadçı eyni zamanda vurğulayıb ki, Şimal-Cənub Dəhlizi üzrə isə dərhal ciddi iqtisadi risk görmür:
“Çünki, İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl onsuzda əsas limanı partlayış sıradan çıxarmışdı”.
Cavidan Mirzəzadə
Demokrat.az