AZ

Nikol yuyulmamış çömçə kimi özünü ortalığa atdı: "İrana görə narahatıq"

Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin İrana hücumlarını pisləyib və bunun regionun kövrək sabitliyini təhdid etdiyini vurğulayıb. O, bunu bu gün Çexiyanın paytaxtı Praqada keçirilən GLOBSEC 2025 beynəlxalq təhlükəsizlik forumunda panel müzakirəsi zamanı deyib.

"Biz narahatlığımızı bildirir və İsrailin İrana qarşı son hərəkətlərini pisləyirik. Bu, bizim regionda mövcud olan kövrək sabitliyi şübhə altına alır. Biz çox narahatıq", - Paşinyan qeyd edib.

İyunun 13-də İsrail səhər tezdən İrana hava zərbələri endirib. Hücum zamanı yüksək səviyyəli İran hərbiçəri həlak olub.

Buna cavab olaraq İran, İsrail Müdafiə Qüvvələrinə görə, İsrailə 100 pilotsuz uçan aparatı göndərib. PUA-ların yolda zərərsizləşdirildiyi bildirilir. İsraildə fövqəladə vəziyyət elan edilib.

Seçilən
53
aznews.az

1Mənbələr