AZ

Beş ayda 1 milyard manatdan çox içki və tütün satılıb

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 65,2 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,1% artım deməkdir.

Bu məhsul qrupu ümumi pərakəndə ticarət dövriyyəsinin 4,6%-ni təşkil edib.

Təkcə may ayı ərzində içki və tütün məmulatlarının satışı 162,3 milyon manat olub.

Seçilən
34
fed.az

1Mənbələr