İranın son şahının sürgündə olan oğlu və müxalifət liderlərindən biri Reza Pəhləvi İsrailin İrana qarşı zərbələrindən sonra ölkənin ali rəhbəri Ayətullah Əli Xameneiyə qarşı üsyana çağırıb.
O, X sosial şəbəkəsində yaydığı bəyanatda Xameneini İranı xalqın istəmədiyi bir müharibəyə sürükləməkdə ittiham edib.
“Xamenei — İran əleyhinə olan bu rejimin axmaq lideri — ölkəmizi yenidən bizə aid olmayan bir müharibəyə sürükləyib,” — o yazıb.
“Mənim orduya, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinə mesajım aydındır: bu rejim və onun korrupsiyalaşmış, səriştəsiz rəhbərliyi nə sizin həyatınızı, nə də İranı dəyərləndirir. Onlardan uzaq durun və xalqa qoşulun,” — Pəhləvi bildirib.
O, iranlıları ümummilli etirazlar və tətil vasitəsilə İslam Respublikasını devirməyə çağırıb.