AZ

Ərdoğan İsrailin İrana hücumunu pisləyib

İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bütün regionu və dünyanı fəlakətə sürükləməyə çalışır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

“İsrail bu səhər bölgəmizi, xüsusilə Qəzzanı qan, göz yaşları və qeyri-sabitlik içində boğmaq strategiyasını çox təhlükəli mərhələyə keçirdi”, - Türkiyə lideri qeyd edib.

Ərdoğan yəhudi dövlətinin  İrana hücumlarının beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribat olduğunu bildirib.

Türkiyə prezidenti həmçinin deyib ki, beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi pozmağa yönəlmiş “İsrail quldurluğuna son qoymalıdır”.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan Am Kelavi (Şir kimi millət) əməliyyatına başladığını elan edib.

Bunun ardınca yəhudi dövlətinin ordusu  Tehran və Nətənz də daxil olmaqla İslam Respublikasının bir sıra şəhərlərinə zərbələr endirib.

Aytac 

Seçilən
9
anews.az

1Mənbələr