Bu gün Bakıya iyunun 21-də keçiriləcək UFC turniri üçün Camal Hill gəlməli idi.

Offsideplus.az xəbər verir ki, lakin amerikalı döyüşçünün gəlişi baş tutmayıb. O, son anda Bakıya uçmaqdan imtina edib.

Buna səbəb isə bu gün baş verən İsrail-İran gərginliyidir. İdmançını daşıyan təyyarə Dohadan hərəkətlənməli idi.

Təyyarə hərəkət istiqamətinə görə həm İrandan, həm də İsraildən keçməlidi. Lakin məlum səbəblərə görə bunu edə bilməyib. 3 saatlıq uçuş 5 saatyarım çəkib.

Hill və digər sərnişinlər bu ərazilərdən keçdiyinə görə uçuşda iştirak etməkdən imtina edib.

Təyyarə Bakıya enən zaman yalnız amerikalı idmançının komandasından 2 nəfər və əlavə 5-6 sərnişin var idi.

Hillin və Bakıya sabah gəlməli olan Rafael Fiziyevin nə vaxt gələcəyi dəqiq bilinmir.