Olaylar.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan bu hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması və təxribat adlandırıb:
"İsrailin qonşumuz İrana qarşı hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq təxribatdır. Bu regionda və bütün dünyada sabitliyi pozmağa yönəlmiş İsrail banditizminə beynəlxalq ictimaiyyət artıq 'dayan' deməlidir."
Prezident əlavə edib ki, İsrailin bu düşüncəsiz, təcavüzkar və qanunsuz addımları regionu və bütün dünyanı fəlakətə sürükləmək təhlükəsi yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31