AZ

İsrail qlobal sabitliyi pozur - Ərdoğan

BAKI, TurkicWorld

İsrailin quldurluğuna artıq son qoyulmalıdır.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara münasibət bildirib.

O, bu addımı qlobal və regional sabitliyi hədəfə alan bir akt kimi qiymətləndirib.

“Qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna beynəlxalq ictimaiyyətartıq reaksiya verməlidir”, – deyə Prezident Ərdoğan açıqlamasında vurğulayıb.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrinə genişmiqyaslı hava zərbələri endirib. Hücum nəticəsində yüksək rütbəli hərbçilər və nüvə sahəsində çalışan şəxslər də daxil olmaqla onlarla insan həlak olub. İran bu hücumlara cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

Seçilən
10
turkic.world

1Mənbələr