"Yuventus"un baş məşqçisi İqor Tudor Turin klubu ilə yeni müqavilənin detalları üzrə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Xorvatiyalı mütəxəssis 2027-ci ilə qədər nəzərdə tutulmuş müqaviləyə imza atacaq. Sözləşməyə görə, tərəflər əlavə bir illik uzadılma imkanına da malik olacaqlar. Tudorun illik maaşı 2,5 milyon avro təşkil edəcək.
Tudor 2025-ci ilin martında "Yuventus"un baş məşqçisi təyin olunub. "Biankoneri" 2024/25 mövsümünü A Seriyasında dördüncü pillədə tamamlayıb.