AZ

İsrailin Moskvadakı səfirliyi fəaliyyətinin dayandırılması ilə bağlı xəbərləri təkzib edib

İsrailin Moskvadakı səfirliyi adi rejimdə işləyir

İsrailin Rusiyadakı səfirliyi fəaliyyətini dayandırması ilə bağlı xəbərləri təkzib edib.

Qaziler.az bildirir ki, bu barədə TASS-a müsahibəsində İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Qalperin bildirib.

Qeyd olunur ki, İsrail səfirliyi adi rejimdə işləyir və həftəsonundan sonra da fəaliyyətini davam etdirmək niyyətindədir.

Səfir qeyd edib ki, bundan əvvəl bir sıra KİV-lərdə İsrail və İran ətrafında baş verən son hadisələrlə əlaqədar səfirliyin fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bundan əvvəl Rusiyanın İsraildəki səfirliyinin soydaşlarını bu ölkəyə səfərdən çəkinməyə çağırdığı bildirilirdi.

QAZİLER.AZ

Seçilən
35
1
qaziler.az

2Mənbələr