“İnter” “Ştutqart”ın hücumçusu Nik Voltemadla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubu 23 yaşlı alman futbolçunun transferini düşünür. “Ştutqart” futbolçu üçün təxminən 40 milyon avro almağı planlaşdırır.
2024/25 mövsümündə Voltemad Almaniya klubunun heyətində bütün yarışlarda 33 matçda 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Transfermarkt portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.