AZ

Turizm sənayesinin muzdlu əmək bazarındakı payı artacaq

2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manat, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faiz, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağı proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda deyib.

DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faiz, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.

Milli.Az

Seçilən
36
milli.az

1Mənbələr