"Avropa Komissiyası regionda əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri həyata keçirir", - deyə əl-Anuni bildirib. O, təhlükəsizlik səbəbilə əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Nümayəndənin sözlərinə görə, Avropa İttifaqı hazırda İsrail və İranla əlaqə saxlayır və hər iki tərəfi gərginliyi azaltmağa çağırır.
Xatırladaq ki, bir qədər əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İranı İsrailə cavab zərbəsi endirməkdən çəkinməyə çağırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31