AZ

Günay Bayramova: "Turizm sektoruna əsas kapital üzrə yarım milyon manata yaxın investisiya yatırılıb"

Turizm sektorunda infrastrukturun inkişafına investisiyalar əhəmiyyətli dərəcədə artıb.

FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin şöbə müdirinin müavini Günay Bayramova bildirib.

Onun sözlərinə görə, mürəkkəb fəaliyyət mühitinə baxmayaraq, 2023-cü ildə Azərbaycanın turizm sektoruna əsas kapital üzrə 479 milyon manat məbləğində investisiya yatırılıb. Bu, 2017-ci illə müqayisədə 79.2% artım deməkdir.

Günay Bayramova qeyd edib ki, 2018–2023-cü illər ərzində turizm sektoruna yönəldilən ümumi əsas kapital investisiyaları 1.2 milyard manatdan çox olub ki, bu da ölkədə turizm infrastrukturunun inkişafına böyük diqqət yetirildiyini göstərir.

"2024-cü ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə əsas kapitala yönəldilən investisiya məbləği isə 337 milyon manat təşkil edib. Bu isə 2017-ci illə müqayisədə 56.4% artım deməkdir" - deyə Günay Bayramova vurğulayıb.

Seçilən
15
fed.az

1Mənbələr