AZ

ABŞ-də tələbə vizalarının bərpası üçün kampaniya başladılıb

ABŞ-də tələbə vizalarının verilməsinin bərpası məqsədilə NAFSA və US for Success Coalition təşkilatları Konqresi təcili müdaxiləyə çağıran advokasiya kampaniyasına start veriblər. Xatırladaq ki, mayın 27-dən etibarən ABŞ hökuməti tələbə vizası üçün müsahibə təyinlərini dayandırıb.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, bu qərar, xarici tələbələrə yönəlik sosial media yoxlamalarının genişləndirilməsi planları ilə bağlı verilib.

Təşkilatlar bildirirlər ki, hər keçən gün payız semestrinə qədər tələbələrin ABŞ-ə çatması daha da çətinləşir. NAFSA rəhbəri Fanta Aw bəyan edib:

“Bu, beynəlxalq təhsilin gücünə və potensialına inanmaq üçün həlledici andır. Gələcəyin alimləri, sənətçiləri və liderləri sizi gözləyir.”

NAFSA və koalisiya, vizaların gecikməsinin ABŞ universitetlərinə və yerli icmalara mənfi təsir göstərdiyini vurğulayaraq, dəstəkçiləri bu məsələ ilə bağlı Konqresə müraciət etməyə çağırır.

İyun ayının 11-də keçirilən vebinarda ekspertlər vizaların dayandırılmasının və digər məhdudiyyətlərin beynəlxalq təhsil sektoruna ciddi zərbə vurduğunu qeyd ediblər. Vizaların bərpası tələbi fonunda, Harvard Universitetinə qarşı hücumlar və bəzi ölkələrə səyahət qadağaları səbəbindən ABŞ-a maraq pandemiya dövründən bəri ən aşağı səviyyəyə enib.

Seçilən
13
1
azedu.az

2Mənbələr