2024-cü il ali məktəblərə qəbul imtahanlarının nəticələri bəzi ixtisaslara marağın kəskin şəkildə azaldığını göstərdi. Həm ödənişli, həm də dövlət sifarişi əsasında təklif olunan bir sıra ixtisaslarda keçid balları minimum həddə yaxın formalaşıb. Bu isə həmin ixtisaslara ya çox az sayda abituriyentin müraciət etdiyini, ya da ümumiyyətlə seçim edilmədiyini göstərir.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, 2024-cü il üzrə ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul zamanı bəzi ixtisaslarda minimal keçid balları aşağı olub. Bu, sözügedən ixtisaslara rəqabətin nisbətən zəif olduğunu göstərir.
Dövlət sifarişi ilə qəbulun ən aşağı bal ilə baş tutduğu ixtisaslar aşağıdakılardır:
Energetika mühəndisliyi (ADAU) - 203.3 bal
Maşın mühəndisliyi (AMİU) - 203.0 bal
Cihaz mühəndisliyi (ADNSU) - 201.5 bal
Turizm bələdçiliyi (MDU) - 267.9 bal
İdman menecmenti və kommunikasiya (tədris ingilis dilində, AİA) - 258.8 bal
İdman menecmenti və kommunikasiya (AİA) - 258.6 bal
Sənətşünaslıq (teatrşünaslıq, ADMİU) - 315.2 bal
Sənətşünaslıq (kinoşünaslıq, ADMİU) - 309.7 bal
Dinşünaslıq (Aİİ) - 289.1 bal
Ekologiya (OYU) -238.8 bal
Ekologiya (QKU) - 219.7 bal
Su bioehtiyatları və akvakultura (QKU) - 205.3 bal
Qeyd olunan ixtisaslar isə 2024-cü ildə ödənişli əsaslarla təklif olunanlardır:
Kompüter mühəndisliyi (AKU) - 201.7 bal
Cihaz mühəndisliyi (ADNSU) - 201.5 bal
Cihaz mühəndisliyi (rus bölməsi, ADNSU) - 200.5 bal
Maliyyə (ADİU-Zaqatala) - 200.8 bal
Menecment (AMİU) - 200.2 bal
Sosiologiya (SDU) - 200.1 bal
Filologiya (türk dili və ədəbiyyatı, BAU) - 201.0 bal
Tərcümə (ingilis dili üzrə, QKU) - 200.7 bal
Tərcümə (ingilis dili üzrə, OYU) - 200.6 bal
Kimya müəllimliyi (ADPU) - 218.7 bal
Biologiya müəllimliyi (ADPU) - 217.8 bal
Kimya (SDU) - 212.1 bal
Bu göstəricilər sözügedən ixtisaslara marağın aşağı olduğunu ortaya qoyur.